19 iyul 2024 03:20
530

Sən demə uşaqların nadincliyi...

Yeni bir araşdırma göstərib ki, çox nadinc davranan və dostları ilə dava edən uşaqların beyinləri yaşıdlarından daha kiçik ola bilər.

“The Lancet Psychiatry” jurnalında dərc olunan araşdırmada uşaqların nadincliyinin beyinlə əlaqəli olduğu ortaya çıxıb.

İngiltərədəki Kral Psixiatrlar Kollecinin araşdırması göstərib ki, dəcəl uşaqlar yaxşı davranışlı sinif yoldaşlarından daha kiçik beyinlərə sahib ola bilərlər. Araşdırmada yalan danışan, oğurluq edən, döyüşən, incidən və heyvanlarla pis rəftar edən uşaqların beynindəki 34 bölgədən 26-nın səthinin daha kiçik olduğu aşkar edilib.

Davranış pozğunluğu olaraq təyin olunan nadinclik 5-10 yaş arası oğlanların 7 faizini, qızların isə 3 faizini əhatə etdiyi bildirilir. Beləliklə, belə uşaqların  beyninin xarici təbəqəsindəki və davranışın tənzimlənməsinə kömək edən amiqdalanın, hipokampusun, talamusun ümumi səth sahəsi daha azdır. Beynindəki ən böyük dəyişikliklər çox az miqdarda empatiya, günahkarlıq və təəssüf hissi keçirən uşaqlarda müşahidə olunub.

Tədqiqatçılar deyirlər ki, nadinc uşaqların beyinlərinin kiçik olması mənfi və pis davranışlarla qarşılaşmanın nəticəsi ola bilər. Digər tərəfdən, pandemiya dövrünün uşaqlarda inkişaf geriliyinə səbəb olduğu və qorxu atmosferinin məktəblərdə zorakılığı artırdığı iddia edilib. Bildirilib ki, aqressiv şagirdlərdən müəllim və dostlara qarşı zorakılıqlar artıb.

Nigar Orucova, “İki sahil”