14 iyul 2024 23:13
239

İstirahət mərkəzində ölən olub - 13 yaşlı yeniyetmə hovuzunda boğulub

Xaçmaz rayonunun Nabran qəsəbəsində bədbəxt hadisə baş verib.

“Report”un Şimal bürosu xəbər verir ki, hadisə qəsəbənin ərazisində yerləşən istirahət mərkəzlərinin birində qeydə alınıb.

Belə ki, 13 yaşlı Həsənli Etibar Böyükağa oğlu istirahət mərkəzinin hovuzunda batıb.

Onun meyiti müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.