2024-cü ilin tədris planı və proqramına uyğun olaraq, Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Hərbi Kollecinin kursantları ilə səhra şəraitində praktiki məşğələlər keçirilir.
Müdafiə Nazirliyindən "İki sahil"ə bildirilib ki, əvvəlcə təlim sahəsində silah və hərbi sursatların təyinatı, döyüş və texniki xassələri, istismar qaydaları və sıfırlanması üzrə kursantların bilikləri yoxlanılıb, havanın və ərazinin istənilən şəraitində atəş mövqeyinin tutulması və şərti düşmən hədəflərinin aşkar olunaraq düzgün nişanalma qaydalarına əməl etməklə məhv edilməsi üsulları izah olunub.
Sonra hədəflərin müşahidə olunması, silah ilə hərəkətdə, həmçinin yerindən əl qumbaralarının atılması, peyda olan və hərəkət edən yerüstü hədəflərə atəş açılması üzrə tapşırıqlar icra edilib.
Praktiki məşğələlər zamanı şəxsi heyət tərəfindən qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.
Məşğələlərin keçirilməsində məqsəd kursantların döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi, bilik və bacarıqlarının artırılması, o cümlədən silah və hərbi sursatlardan effektiv istifadə bacarıqlarının təkmilləşdirilməsidir.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub
“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik
Zakir Həsənov Böyük Britaniyanın və Slovakiyanın müdafiə nazirləri ilə görüşlər keçirib