06 iyul 2024 13:29
868

BSU-da tələbələrin əl işlərindən ibarət rəsm və foto sərgisi təşkil edilib - FOTO

İyulun 5-də Bakı Slavyan Universitetində (BSU) "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində BSU-nun Tədbirlər Planına uyğun olaraq universitetin bütün fakültələrində təhsil alan tələbələrin əl işlərindən ibarət rəsm və  foto sərgisi təşkil edilib.

“İki sahil” xəbər verir ki, sərgidə BSU-nun rəhbərliyi, professor-müəllim heyəti və əməkdaşları iştirak ediblər.

Tədbir zamanı tələbələr müəllifləri olduqları rəsm və fotolar barədə təqdimatla çıxış ediblər.

BSU-nun rektoru Anar Nağıyev sərgidə nümayiş olunan rəsm və fotoları yüksək qiymətləndirərək tələbələrə təşəkkür edib, onlara təhsildə və yaradıcılıqda yeni-yeni uğurlar arzulayıb.