Azərbaycan Respublikasının dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi, qaçaqmalçılıq və qanunsuz fəaliyyətə qarşı kompleks mübarizə tədbirləri davam etdirilir.
“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi məlumat yayıb.
İyun ayının 27-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri və sərhəd gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizi vasitəsilə Azərbaycan Respublikası ərazisinə qeyri-qanuni yolla təxmini 200.000 ABŞ dolları dəyərində ümumilikdə 28.836 qutuda müxtəlif adda tütün məmulatlarının keçirilməsinin qarşısı alınıb. Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Bakıda ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb
Bakıda keçirilən növbəti əmək yarmarkasında 1000-dən çox vakansiya təqdim olunub