Ötən gündən başlayaraq Azərbaycanda hökm sürən qeyri-sabit hava şəraiti bir sıra fəsadlara yol açıb.
“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumnat yayıb.
Bildirilib ki, güclü külək səbəbindən Qaraməryəm-İsmayıllı-Şəki magistral avtomobil yolunun Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisindən keçən hissəsində irigövdəli ağacın aşması və nəticədə magistiral yolda hərəkətin dayanıb. Əraziyə cəlb edilmiş Şimal-qərb Regional Mərkəzinin xilasediciləri tərəfindən müvafiq vasitələrlə aşmış ağacın hissələrə kəsilərək yoldan götürülməsi, bununla da magistral yolda sərbəst hərəkətin bərpası təmin edilib.
Bundan başqa, yağan intensiv yağışlarla əlaqədar Yevlax şəhərinin Cahangir Kərimov küçəsində fərdi yaşayış evinin həyətyanı sahəsinin subasmaya məruz qalıb. Nəticədə ev sahibinin köməyə ehtiyacının yaranması barədə daxil olan məlumata əsasən göstərilən ünvana cəlb edilən FHN-in Aran Regional Mərkəzinin xilasediciləri tərəfindən evdə köməksiz vəziyyətdə qalmış yaşlı qadın təhlükəsiz əraziyə təxliyə edilib.
Bakıda məktəbdə çəkiliş edən media nümayəndələri hücuma məruz qalıb, saxlanılanlar var - VİDEO
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Bakıda ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb