17 iyun 2024 09:02
691

Tanınmış jurnalist Sərxan Kamallı vəfat edib

Baku TV-nin əməkdaşı Sərxan Kamallı vəfat edib.

“İki sahil” xəbər verir ki, bu barədə tanınmış jurnalistin yaxınları sosial şəbəkədə məlumat yayıb.

Onun ötən gün insult keçirməsi səbəbindən Xətai Tibb Mərkəzinə yerləşdirildiyi, komatoz vəziyyətdə olduğu bildirilirdi.

Qeyd edək ki, Sərxan Kamallı Baku TV-nin redaktoru işləyirdi. Daha əvvəl o, bir çox media qurumlarında çalışıb.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Mətbuat Şurası tanınmış jurnalist Sərxan Kamallının vəfatı ilə bağlı mərhumun ailəsinə dərin hüznlə başsağlığı verib.

Allah rəhmət eləsin!