Kreml Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı Ermənistanın mövqeyinə aydınlıq gətirəcək.
“İki sahil” xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.
“Ermənistana gəlincə, biz onlarla işləməyə davam edəcəyik. Onların KTMT ilə bağlı mövqeyini aydınlaşdıracağıq. Ümid edirik ki, istənilən halda tərəfdaşlıq və müttəfiqlik əlaqələrini qoruyub saxlayacağıq”, - o bildirib.
Qeyd edək ki, bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, KTMT-dən çıxmaq Ermənistan hakimiyyətinin növbəti addımı olacaq.
Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək pillədə qərarlaşması böyük fəxr hissi doğurur
Keniyada təyyarə qəzası nəticəsində səkkiz macar və iki alman turist həlak olub
Qazaxıstan Finlandiyanın atom elektrik stansiyalarına uran tədarükünə başlaya bilər