12 iyun 2024 23:27
208

Pakistan Azərbaycanla müdafiə və aviasiya sahələrində əməkdaşlığı genişləndirmək istəyir

Pakistan Azərbaycanla müdafiə və aviasiya sahələrində əməkdaşlığı genişləndirmək istəyir.

“İki sahil” xəbər verir ki, bu barədə Pakistanın müdafiə naziri Asif Muhammed Xavaca Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadovla görüşündə bildirib.

Nazir bildirib ki, Pakistan böyük resurslara malik, iqtisadiyyatı sürətlə inkişaf edən Azərbaycana mühüm tərəfdaş kimi baxır.

Asif Muhammed Xavaca iki ölkə arasında tarixi, mədəni və dini münasibətlərə əsaslanan qardaşlıq əlaqələrinin əhəmiyyətini vurğulayıb.