13 iyun 2024 02:37
464

Yuxu görmə ilə real həyat arasında nə əlaqə?

Britaniyalı alimlər belə qənaətə gəliblər ki, aydın yuxular insanlara real həyatda qarşılaşdığı problemləri həll etməyə kömək edir.

Məlum olub ki, daha yüksək dərəcədə həssaslıq və intuisiya əhalinin yuxu zamanı aydın süjet şəkillərini görən hissəsinə xasdır. Araşdırmanın nəticələri “Dreaming” jurnalında dərc olunub. Linkoln Universitetinin alimləri yuxu görən insanların real həyatda problemi tez həll etmə bacarıqlarına sahib olduqlarını iddia edirlər.

Eksperimentdə 18-25 yaş arası 68 nəfər iştirak edib. İştirakçılardan bəziləri heç vaxt aydın yuxular görməmişdilər. Bəzi könüllülər bəzən aydın yuxu epizodları görürdülər, digər subyektlər isə tez-tez adi yuxular görüblər. Tədqiqat zamanı iştirakçılar alimlərin xüsusi olaraq könüllülərin fərasət və intuisiyasını qiymətləndirmək üçün yaratdığı problemləri həll ediblər. Ekspertlər ümumi 30 tapşırıq təqdim ediblər.

Mütəxəssislər eksperimentin nəticələrinə əsasən qeyd ediblər ki, müntəzəm olaraq aydın yuxular görən insanlar istirahət zamanı aydın şəkillər hiss etməyənlərlə müqayisədə 25% daha çox problemləri həll edir.

Nubar Süleymanova, “İki sahil”