12 iyun 2024 15:00
361

MN: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması başa çatıb - VİDEO

Vətən Müharibəsindən sonra Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyasının sülhməramlı kontingentinin ölkəmizin ərazisindən çıxarılması prosesi iyunun 12-də başa çatıb.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan MN məlumat yayıb.

"Sülhməramlı kontingentin şəxsi heyəti, silah və texnikası ərazimizi tam tərk edib", MN-in məlumatında deyilir.