Azərbaycanın bir güllə belə atmadan geri aldığı dörd sərhəd kəndindən yeni görüntülər əldə olunub.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin "Haber Global" telekanalında yayımlanan süjetdə bildirilir.
Qeyd olunub ki, Azərbaycan əsgərləri sərhəd kəndlərində keşik çəkirlər. Postda Azərbaycan bayrağı dalğalanır, əsgərlər isə təlimlərini davam etdirirlər. Bölgənin təhlükəsizliyi üçün işlər fasiləsiz davam etdirilir. Ərazidə minatəmizləmə işləri aparılır.
Həmçinin, vurğulanır ki, davamlı sülh sazişinin imzalanması üçün tərəflər arasında danışıqlar davam edir.
Ətraflı "Haber Global"ın süjetində:
Sabah paytaxtın Yasamal və Xətai rayonlarının, həmçinin Abşeronun bəzi ərazilərində işıq olmayacaq
Bakıda məktəbdə çəkiliş edən media nümayəndələri hücuma məruz qalıb, saxlanılanlar var - VİDEO
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib