28 may 2024 21:21
212

Rusiya ilə Misir siyasi dialoqu davam etdirəcəklər

Rusiya prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, Rusiyanın xarici işlər nazirinin müavini Mixail Boqdanov Misirin Moskvadakı səfiri Nazih Naqari ilə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, görüş zamanı Fələstin-İsrail münaqişəsi zonasındakı vəziyyət, eyni zamanda, Fələstin şəhərində İsrailin hərbi əməliyyatının qəbuledilməzliyi vurğulanaraq, Yaxın Şərq gündəmindəki aktual məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb.

Bildirilib ki, tərəflər Liviya və Sudandakı vəziyyəti də müzakirə ediblər və Moskva ilə Qahirə arasında qarşılıqlı fəaliyyətin, o cümlədən fəal siyasi dialoqun davam etdirilməsinin praktiki məsələlərini nəzərdən keçiriblər.

Məhərrəm Ağalaroğlu, “İki sahil”