27 may 2024 23:07
280

Su kanalında boğulan hərbçi Elvin Eyvazovun nəşi təhvil verilib

Samur-Dəvəçi-Abşeron su kanalında boğulan hərbçimizin nəşi təhvil verilib.

“İki sahil” xəbər verir ki, Xaçmaz rayonu Köhnə Xudat kənd sakini, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Eyvazov Elvin Daşdəmir oğlunun nəşi sudan çıxarılaraq müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki, hadisə ilə bağlı araşdırma aparılır.