21 may 2024 16:11
268

Moldova Avropa İttifaqı ilə saziş imzaladı

Moldova hakimiyyəti Avropa İttifaqı ilə müdafiə və təhlükəsizlik üzrə tərəfdaşlıq sazişi imzalayıb,

“İki sahil” RT-yə istinadla xəbər verir ki, Avropa İttifaqının rəsmisi Josep Borrell bildirib.

Onun sözlərinə görə, Moldova ittifaqla belə bir sazişi imzalayan ilk ölkə olub.  Borrell hesab edir ki, tərəfdaşlıq Moldovanın dayanıqlığını artıracaq.

"Bu, bizə ümumi təhlükəsizlik problemlərini birgə həll etməyə, qarşılıqlı fəaliyyətimizi daha effektiv etməyə və əməkdaşlığın yeni sahələrini araşdırmağa imkan verəcək", - deyə, Borrell bildirib.