21 may 2024 15:26
319

Paşinyan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi rəhbərinin müavini ilə görüşüb

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi rəhbərinin müavini Devid Koenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu haqda baş nazirin mətbuat xidməti məlumat yayıb.

"Nikol Paşinyan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərinin müavini Devid Koenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib", - deyə, məlumatda qeyd edilir.

Paşinyan və Koen həm ikitərəfli, həm də beynəlxalq gündəmdəki məsələləri müzakirə ediblər.