21 may 2024 01:36
265

Rusiya Ukraynanın itkilərini açıqladı - 817-ci gün

Rusiya müharibənin 817-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 601 təyyarəsi, 274 helikopteri, 24 419 PUA-sı, 523 zenit-raket kompleksi, 16 097 tank və digər zirehli texnikası, 1 305 reaktiv yaylım atəş sistemi, 9 700 artilleriya və minaatanı, 21 843 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.