Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərinin Rəsulzadə küçəsində yerləşən çoxmənzilli yaşayış binasında azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən "İki sahil"ə verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xüsusi alpinist ləvazimatlarından istifadə edərək onikimərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olan xilasedicilər tərəfindən yatmış vəziyyətdə aşkar olunmuş 2014-cü il təvəllüdlü uşaq valideynlərinə təhvil verilib.
Azərbaycanda xərçəngin bu növü ölüm hallarına görə ikinci yerdədir - Üç günlük aksiya başa çatdı
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi ADMİU-da