19 aprel 2024 18:00
513

“SOCAR Türkiyə”nin baş sponsorluğu "Sen de fark et" filminin təqdimatı olub

“Azalt, təkrar istifadə et, təkrar emal” prinsipi ilə daha təmiz gələcəyə doğru addımların atılmasının vacibliyini özündə ehtiva edən, üç hissədən ibarət sənədli film altı fərqli ölkədə çəkilib

Dünyada plastik və mikroplastik çirklənmənin yaratdığı problemlərdən bəhs edən, rejissoru Engin Altan Düzyatan olan "Sen de fark et" sənədli filminin Türkiyə təqdimatı olub.

İş Dünyası və Davamlı İnkişaf Dərnəyi (SKD Türkiyə) ilə əməkdaşlıq və “SOCAR Türkiyə”nin baş sponsorluğu ilə həyata keçirilən layihədə “DenizBank” dəstəkçi qismində iştirak edib. Altı fərqli ölkədə çəkilən “Sen de fark et” sənədli filmi üç hissədən ibarətdir və 90 dəqiqə davam edir.

Dünyadakı təbii ehtiyatları çirkləndirən plastik tullantıların və mikroplastiklərin təhlükəsinə diqqət çəkmək məqsədi daşıyan aktyor və ekoloji könüllü Engin Altan Düzyatan tərəfindən istehsal və rejissorluq etdiyi “Sen de fark et” sənədli filmi ötən ilin dekabrında Dubayda keçirilən iqlim dəyişikliyi sammitində COP 28-də nümayiş etdirilib. Film bu dəfə türkiyəli tamaşaçılarına təqdim olunub. Tayland, Malayziya, Filippin, Yaponiya, İngiltərə və Türkiyədə çəkilən və təxminən 4 il davam edən “Sen de fark et” sənədli filminin ilk nümayişi aprelin 16-da “Feriye” kinoteatrında təşkil edilən mətbuat üçün təqdimatı keçirilib.

Sənədli film Altı fərqli ölkədə plastik tullantıların səyahətini və ətraf mühitə təsirlərini izləyərək, plastik tullantıların təhlükəsi haqqında kütləvi məlumatlılığı artırmaq məqsədi daşıyır. Cəmiyyətdə davamlı təcrübələrin mənimsənilməsinə və plastik tullantılarla çirklənmənin azaldılmasına töhfə verməyi hədəfləyən film “Azalt, təkrar istifadə et, təkrar emal et” prinsipi ilə daha təmiz gələcəyə doğru addımlar atmalı olunduğunu vurğulayır.

“Sen de fark et” filminin nümayişinə mətbuat, qeyri-hökumət təşkilatları və iş dünyasının nümayəndələri iştirak ediblər.

“SOCAR Türkiyə”nin baş icraçı direktoru vəzifəsini icra edən Elçin İbadov sənədli filmin təqdimat mərasimindəki çıxışında vurğulayıb ki, neft-kimya xammalı istehsal edən bir şirkət olaraq qlobal səviyyədə yaşanan ekoloji problemlərdən daha həssas, məsuliyyətli və xəbərdarıq: “Bütün dünyada plastikə artan tələbat var və plastik uzun müddət həyatımızda olmağa davam edəcək. Tələbatın artmasına paralel olaraq biz plastikdən səmərəli istifadəni, şüurlu istehlakını və kimyəvi təkrar emalını dəstəkləyirik. Bu dəstəyin biri kimi Ar-Ge mərkəzimizdə plastikin təkrar emalı ilə bağlı Avropa Birliyi (AB), universitetlər və TÜBİTAK kimi təşkilatlarla əməkdaşlıq edərək inkişaf etdirir, bu istiqamətdə layihələr icra edirik. Dəstəyin digər istiqaməti tullantıların idarə olunması ilə bağlı ictimaiyyətin məlumatlılığının artırılmasıdır. Buna görə də biz bu gün burada təqdim olunan “Sen de fark et” sənədli filminə sponsorluq etdik. Dünyada plastik və mikroplastik çirklənməyə diqqət çəkən, “Azalt, təkrar istifadə et, təkrar emal” prinsipi ilə daha təmiz gələcəyə doğru addımların atılmasının vacibliyini özündə ehtiva edən sənədli filmə baş sponsor olaraq dəstək olmaqdan məmnunuq.”

İş Dünyası və Davamlı İnkişaf Dərnəyinin (SKD Türkiyə) sədri Ebru Dildar Edin layihənin icra olunmasında əməkdaşlıq etməkdən məmnun olduqlarını bildirib: “İnanırıq ki, sənədli film cəmiyyətin geniş təbəqələrini davamlılıq səylərinə cəlb etmək və maarifləndirmə işində çox mühüm rol oynayacaq.”

“DenizBank”ın maliyyə xidmətləri qrupunun baş direktoru Hakan Ateş planetimizin gələcəyi üçün həyati əhəmiyyət kəsb edən plastik çirklənmə kimi bir məsələyə diqqət çəkən “Sen de fark et” sənədli filmini dəstəklədiklərindən məmnun olduqlarını vurğulayıb.

Orxan Vahidoğlu, “İki sahil”