14 aprel 2024 02:31
251

Turin derbisində heç-heçə

İtaliya A Seriyasında 32-ci turun oyunları davam edir.

“İki sahil” xəbər verir ki, növbəti oyun günündə daha 3 oyun keçirilib.

“Leççe” evdə “Empoli”yə qalib gəlib. “Torino” – “Yuventus” və “Bolonya” – “Montsa” matçları isə qolsuz yekunlaşıb.

İtaliya A Seriyası,

32-ci tur

13 aprel

Leççe" – "Empoli" - 1:0
Qol: Sansone, 89.

"Torino" – "Yuventus" -  0:0

"Bolonya" – "Montsa" - 0:0

Hazırda turnir cədvəlinə 82 xalla "İnter" başçılıq edir. "Milan" 68 xalla 2-ci, "Yuventus" 63 xalla 3-cü, "Bolonya" 59 xalla 4-cü, "Roma" 55 xalla 5-cidir.