14 aprel 2024 01:43
256

İran İsrailə kömək edəcək ölkələri hədələyib

İrana hücum etmək üçün öz ərazisi və yaxud hava zolağını İsrailə açan hər bir ölkə İranın qətiyyətli cavabını alacaq.

“İki sahil” xəbər verir ki, bunu İranın müdafiə naziri briqada generalı Məhəmməd Rza Aştiani deyib.

Qeyd edək ki, bu gün (14 aprel) İran İsrailə onlarla PUA və raket atdığını təsdiqləyib.

Qeyd edək ki, 1 apreldə İsrail HHQ-nin Suriya paytaxtı Dəməşqin Mezze məhəlləsini vurması nəticəsində 13 nəfər, o cümlədən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Suriya və Livan üzrə komandanı, general Məhəmməd Rza Zahedi və onun müavini Məhəmməd Hacı Rəhimi ölüb. Həmin vaxtdan sonra İran və İsrail arasında gərginlik artıb.