13 aprel 2024 13:05
432

UEFA "Barselona"ya qarşı intizam işi açdı

UEFA "Barselona"ya qarşı intizam işi açıb.

“İki sahil” xəbər verir ki, bu barədə AS məlumat yayıb. Qitənin ali futbol qurumunun qərarına səbəb "Barselona" azarkeşlərinin Çempionlar Liqasının 1/4 finalında PSJ ilə ilk matçdakı davranışı olub. Azarkeşlər irqçi ifadələrlə və nasist jestləri ilə rəqib futbolçuları təhqir ediblər

İntizam işinin sonunda "Barselona” üçün mənfi nəticə olarsa, UEFA Çempionlar Liqasının yarımfinalına yüksələcəyi təqdirdə azarkeşlərin stadiona gəlişinə qadağa qoya bilər.

Xatırladaq ki, “Barselona” ilk oyunda PSJ-ni 1:0 hesabı ilə məğlub edib. Cavab görüşü isə aprelin 16-da “Kamp Nou”da baş tutacaq.