13 aprel 2024 09:57
552

"Qəbələ" "Turan Tovuz""a, "Neftçi" "Araz-Naxçıvan"a qarşı

Bu gün Misli Premyer Liqasının 30-cu turu çərçivəsində 2 matç keçiriləcək.

“İki sahil” xəbər verir ki, əvvəlcə autsayder "Qəbələ" 6-cı yerdəki "Turan Tovuz"u qəbul edəcək. Görüş saat 16:30-da başlayacaq.

Digər oyunda isə 4-cü yerdəki "Neftçi" evdə 8-ci pillədəki "Araz-Naxçıvan"la qarşılaşacaq. Bu matç saat 19:00-da start götürəcək.

Tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.

Misli Premyer Liqası,

30-cu tur

13 aprel (şənbə)

16:30."Qəbələ" – "Turan Tovuz"
Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Şirmamed Mamedov, Əli Əliyev
Qəbələ şəhər stadionu
 
19:00."Neftçi" – "Araz-Naxçıvan"
Hakimlər: Əliyar Ağayev, Eyyub İbrahimov, Asiman Əzizli, Vüqar Həsənli
"Neftçi Arena"