12 aprel 2024 12:55
424

Türkiyə Superliqasında əcnəbi VAR hakimlərinin xidmətindən istifadə olunacaq

Türkiyə Superliqasının XXXII turundan mövsümün sonuna qədər vacib oyunlarda əcnəbi VAR hakimlərinin xidmətindən istifadə olunacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) məlumat yayıb.

TFF-nin İtaliya, İspaniya, Almaniya, Niderland ve Portuqaliya futbol federasiyalarına bununla bağlı müraciəti müsbət cavablandırılıb.

XXXII turun "Ankaragücü" - "Qaziantep", "Fatih Karagümrük" - "Fənərbağça" və "Alanyaspor" - "Qalatasaray" görüşlərinə əcnəbi VAR hakimləri dəvət olunacaq.