"Yuventus"un futbolçusu Adrian Rabyo mövsümün sonunda komandasını tərk edəcək.
“İki sahil” xəbər verir ki, "Calciomercato"ya istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçi klubu ilə yeni müqavilə ilə bağlı razılığa gəlməyib.
Rabyonun "Bolonya", "Nyukasl" və "Mançester Yunayted"in maraq dairəsində olduğu vurğulanıb.
Qeyd edək ki, 29 yaşlı futbolçu 2019-cu ildən "Yuventus"da çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 204 matçda iştirak edib, 21 qol vurub, 15 məhsuldar ötürmə edib.