11 aprel 2024 23:10
489

Konfrans Liqası: "Fənərbağça" ilk oyunda məğlub olub

Türkiyənin "Fənərbağça" klubu UEFA Konfrans Liqasının 1/4 final mərhələsində ilk oyununu keçirib.

“İki sahil” xəbər verir ki, İsmail Kartalın baş məşqçisi olduğu kollektiv Yunanıstanda "Olimpiakos"un qonağı olub.

Qarşılaşma İstanbul təmsilçisinin məğlubiyyəti ilə yekunlaşıb - 2:3.

Tərəflər arasındakı cavab görüşü bir həftə sonra Türkiyədə olacaq.

UEFA Konfrans Liqası
1/4 final, ilk oyunlar
11 aprel

“Olimpiakos” (Yunanıstan) 3–2 “Fənərbağça” (Türkiyə)

Qollar: Fortounis, 8, (1-0), Yovetiç, 32, (2-0) Çiqunyu, 57, (3-0), Tadiç, 68-pen., (3-1), İ.C.Kahveçi, 74, (3-2)