10 aprel 2024 12:05
407

Borussiya Dortmund” “Atletiko Madrid”ə, “Barselona” PSJ-yə qarşı

Aprelin 10-da UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

“İki sahil” xəbər verir ki,  “Atletiko Madrid” doğma meydanda Almaniyanın “Borussiya Dortmund” komandasını qəbul edəcək. Görüş Bakı vaxtı ilə 23:00-da başlayacaq. Eyni saatda İspaniyanın digər təmsilçisi “Barselona” Fransanın PSJ kollektivinin qonağı olacaq. Bu cütlərdə cavab matçları aprelin 16-da keçiriləcək.

Qeyd edək ki, mərhələnin ötən gün keçirilən ilk iki oyunu bol qollu sülhlə yekunlaşıb. “Real Madrid" (İspaniya) “Mançester Siti” (İngiltərə) ilə 3:3, “Arsenal” (İngiltərə) isə “Bavariya” (Almaniya) ilə 2:2 hesablı heç-heçə edib.