10 aprel 2024 10:38
427

Çempionlar Liqası - Bu gün iki oyun keçiriləcək

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində bu gün daha iki oyun keçiriləcək.

“İki sahil” xəbər verir ki, günün qarşılaşmaları Madrid və Parisdə baş tutacaq.

“Atletiko” doğma arenada Dortmund “Borussiya”sını qəbul edəcək. Digər görüşdə “Barselona” PSJ-nin qonağı olacaq.

Bu cütlərdə cavab matçları aprelin 16-da keçiriləcək.

Qeyd edək ki, dünən baş tutan mərhələnin ilk iki oyununda “Real Madrid” (İspaniya) “Mançester Siti” (İngiltərə) ilə 3:3, “Arsenal” (İngiltərə) isə “Bavariya” (Almaniya) ilə 2:2 hesablı heç-heçə edib.

UEFA Çempionlar Liqası

1/4 final mərhələsi, ilk oyunlar

10 aprel

 

23:00. “Atletiko” (İspaniya) - “Borussiya” (Dortmund, Almaniya)

Baş hakim: Marko Quida (İtaliya)

Madrid, “Metropolitano” stadionu

23:00. PSJ (Fransa) - “Barselona” (İspaniya)

Baş hakim: Entoni Teylor (İngiltərə)

Paris, “Park De Prens” stadionu