08 aprel 2024 23:32
482

Kloppu Amorim əvəz edəcək

“Liverpul” Yurgen Kloppu əvəzləyək baş məşqçini tapıb.

“İki sahil” xəbər verir ki, Ruben Amorimin komandaya rəhbərlik edəcəyi məlumatı yayılıb.

“Sportinq”in baş məşqçisinin “Liverpul”la ilkin razılıq əldə etdiyi bildirilib. Portuqaliyalı mütəxəssislə 3 illik müqavilə imzalanacaq. Tərəflər maliyyə məsələlərində bütün detalları razılaşdırıblar.

Qeyd edək ki, 2020-ci ildən Amorimin rəhbərlik etdiyi “Sportinq” birdə çempion və 2 dəfə ölkə kubokunun qalibi olub.

Hazırki mövsümdə Lissabon klubu 71 xalla çempionatının lideridir.