"Liverpul"un vingeri Məhəmməd Salah İngiltərə Premyer Liqasında rekorda imza atıb.
"İki sahil" "Opta"ya istinadən xəbər verir ki, 31 yaşlı hücumçu buna ötən gün "Manaçester Yunaytd"lə səfər matçında (2:2) fərqlənməklə nail olub. Nəticədə Salah "Mançester Yunayted"in stadionunda - "Old Traford"da vurduğu qolların sayını 6-ya çatdırıb. Bu isə rekorddur. Daha əvvəl heç bir futbolçu "Old Trafford"da bu qədər qol vurmayıb.
Əvvəlki rekord "Liverpul"un "Old Trafford"da 5 qola imza atan sabiq futbolçusu Stiven Cerrarda məxsus idi.
Bu mövsüm Mohamed Salah "mersisaydlılar"ın heyətində bütün turnirlərdə 35 oyuna çıxıb, 23 qol vurub və 13 qolun ötürməsini verib.