Misli Premyer Liqasının 29-cu turu çərçivəsində "Sumqayıt" "Neftçi"nin qonağı olub.
“İki sahil” xəbər verir ki, qarşılaşmanın 13-cü dəqiqəsində topu öz qapısından keçirən "Neftçi"nin furbolçusu Yuri Matias hesabı açıb.
73-cü dəqiqədə isə Emin Mahmudovun penaltini zərbəsini "Sumqayıt"ın qapıçısı Mehdi Cənnətov qaytarsa da "Neftçi"nin kapitanı təkrar zərbə ilə hesabı bərabərləşdirib.
Misli Premyer Liqası,
29-cu tur
7 aprel (bazar)
20:00. "Neftçi" 1–1 "Sumqayıt"
Qollar: Yuri Matias, 13-avtoqol, (0:1), Emin Mahmudov, 73, (1:1)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov
"Neftçi Arena"
Məhərrəm Ağalaroğlu, “İki sahil”