07 aprel 2024 18:29
436

"Zirə" "Qəbələ"ni darmadağın etdi

Misli Premyer Liqasının 29-cu turu çərçivəsində "Zirə" "Qəbələ"ni qəbul edib.

“İki sahil” xəbər verir ki, yarışın 4-cü dəqiqəsində Rəhim Sadıxov hesabı açıb. 25-ci dəqiqədə isə Rafael Utziq bakılıların üstünlüyünü 2 qola yüksəldib. 27-ci dəqiqədə Ceyhun Nuriyev hesabı 3-0 edib.

Qarşılaşmanın 57-ci dəqiqəsində Fuad Bayramov "Zirə"nin dördüncü qolunun müəllifi olub. Oyun bu hesabla da başa çatıb.

 Misli Premyer Liqası,

29-cu tur

7 aprel (bazar)

16:30. "Zirə" 4–0 "Qəbələ"

Qollar: Rəhim Sadıxov, 4, (1-0), Rafael Utziq, 25, (2-0), Ceyhun Nuriyev, 27, (3-0), Fuad Bayramov, 57, (4-0),

Hakimlər: Rəvan Həmzəzadə, Eyyub İbrahimov, Teymur Teymurov, Cavid Cəlilov

Zirə İdman Kompleksinin stadionu

Məhərrəm Ağalaroğlu, “İki sahil”