07 aprel 2024 10:45
322

40 il sonra İspaniya kubokunun qalibi oldular

İspaniya kubokunda final oyunu keçirilib.

“İki sahil” xəbər verir ki, həlledici matçda "Atletik" "Malyorka" ilə qarşılaşıb. Oyunun əsas və əlavə vaxtında qalib müəyyənləşməyib - 1:1. Buna görə də penaltilər seriyası oynanılıb. "Atletik" daha dəqiq davranaraq (4:2) İspaniya kubokunun sahibi olub.

"Atletik" tarixində 25-ci dəfə İspaniya kubokunu qazanıb. Komanda sonuncu dəfə bu kuboku 40 il əvvəl əldə etmişdi.