07 aprel 2024 10:25
402

"Zirə" "Qəbələ" ilə, "Neftçi" "Sumqayıt"la qarşılaşır

Bu gün Misli Premyer Liqasında 29-cu tura yekun vurulacaq.

“İki sahil” xəbər verir ki, son gündə 2 matç keçiriləcək. Əvvəlcə 3-cü pillədəki "Zirə" autsayder "Qəbələ"ni qəbul edəcək. Görüş saat 16:30-da başlayacaq.

Digər matçda isə 2-ci yerdəki "Neftçi" evdə 4-cü pillədəki "Sumqayıt"la qarşılaşacaq. Bu oyun saat 20:00-da start götürəcək.

Misli Premyer Liqası,

29-cu tur

7 aprel (bazar)

16:30."Zirə" – "Qəbələ"
Hakimlər: Rəvan Həmzəzadə, Eyyub İbrahimov, Teymur Teymurov, Cavid Cəlilov
Zirə İdman Kompleksinin stadionu
 
20:00. "Neftçi" – "Sumqayıt"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov
"Neftçi Arena"