06 aprel 2024 16:41
623

Azərbaycanın U-19 millisi ikinci oyunda da məğlub olub

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının ilkin seçmə mərhələsində növbəti oyununa çıxıb.

“İki sahil” xəbər verir ki, yığma Latviyada Bolqarıstan ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin minimal hesablı qələbəsi ilə bitib - 1:0.

Qeyd edək ki, U-19 ilk oyununda Monteneqroya uduzub - 0:4. Komanda aprelin 9-da Latviya ilə görüşəcək.