Məşhur futbolçu Kriştiano Ronaldonun formasını geyindiyi "Əl-Nəsr" Səudiyyə Ərəbistanı çempionatında 27-ci tur oyununa çıxıb.
“İki sahil” xəbər verir ki, komanda səfərdə "Damak"la üz-üzə gəlib. Oyunda qonaqlar 1:0 hesabı ilə qalib gəliblər.
Ronaldo matçın 66-cı dəqiqəsində meydana daxil olub.
Yeganə qolu isə 90+1-ci dəqiqədə Emerik Lapor vurub.
Bu qələbədən sonra “Əl-Nasr” 27 matçda 65 xal toplayaraq Səudiyyə Ərəbistanı futbol çempionatının turnir cədvəlində ikinci pillədəki mövqeyini möhkəmləndirib. "Damak" isə 35 xalla 8-ci yerdədir.