06 aprel 2024 09:46
491

"Turan Tovuz" "Sabah"a, "Qarabağ" "Səbail"ə qarşı

Misli Premyer Liqasında 29-cu tur davam edir.

“İki sahil” xəbər verir ki, bu gün 2 matç keçiriləcək. Əvvəlcə "Turan Tovuz" "Sabah"ı qəbul edəcək. Oyun saat 16:00-da start götürəcək.

Digər görüşdə isə ötən tur çempionluğu rəsmiləşdirən "Qarabağ" "Səbail"lə üz-üzə gələcək. Matç saat 20:00-da başlayacaq.

Tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.

Misli Premyer Liqası,

29-cu tur

6 aprel (şənbə)

16:00. “Turan Tovuz” – “Sabah”
Tovuz şəhər stadionu

20:00. “Qarabağ” – “Səbail”
Tofiq Bəhramov adına Respublika Stadionu