Bakının Xəzər rayonundan oğurladıqları avtomobili Ağcabədiyə aparan şəxslər saxlanılıblar.
"İki sahil" DİN-ə istinadən xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə paytaxt sakini olan bir nəfər müraciət edərək “VAZ-2107” markalı avtomobilin qaçırıldığını bildirib. Şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Əliyev Əyyar, Hacızadə Elgiz və Məmmədli Rafiq saxlanılıblar. Saxlanılan şəxslər oğurladıqları avtomobili Ağcabədi rayonuna aparıblar. Onların məqsədi maşını ehtiyat hissələrinə ayırıb satmaq olub. Nəqliyyat vasitəsi rayon ərazisində sökülmüş vəziyyətdə tapılıb. Faktla bağlı 2-ci Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Baş prokuror Kamran Əliyev Keniya Respublikasının Dövlət Prokurorluğunun direktoru ilə görüşüb
Kənd təsərrüfatında rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilərin hazırlanması proqramı yekunlaşıb
Qaradağ rayonunda YAP-ın VIII Qurultayında müzakirə olunmuş məsələlərə həsr olunmuş müşavirə keçirilib