18 mart 2024 12:40
364

Keçmiş münaqişənin sülh yolu ilə həllini tapmaq istiqamətində bütün cəhdlərimiz uğursuz oldu

XX əsrin 80 cı illərinin sonundan başlayan Azərbaycan Respublikası və Ermənistan arasında etno-teretorial zəmində baş verən Dağlıq Qarabağ  münaqişəsi iki əsirlik inkşaf tarixinə malikdir.Ermənilərin Cənubi Qafqaza,Azərbaycanın qərb torpaqlarına  İran və Osmanlı coğrafiyalarından köçürülməsi imperiya ağlının nəticəsi idi. Ermənilərin Azərbaycana köçürüldüyü zaman Avrasiya məkanının cənub və cənub-qərbində böyük dövlətlərin nüfuz mübarizəsinin getdiyi bir vaxta təsadüf edir.O dövrün qlobal güclərinin mübarizə arealı Mərkəzi Asiya və Qafqaz regionu idi. Süni "Erməni zolağının" yaradılmasına zərurət yaradan əsas səbəblərdən biridə məhz bu geopolitik gerçəklik idi.Təəsüf ki bu geopolitik oyunların qurbanı ilk növbədə Azərbaycan xalqı oldu.Nəticədə torpaqlarımız iki dövlət arasında bölündü,xalqımızın bütövlüyü pozularaq bir-birindən fərqli şəraitlərdə tarixin zaman axınına qədəm qoydular.

Avrasiya uğurunda Rusiya və İngiltərə arasında baş verən və Böyük Oyun  adlanan mübarizə məhz Aslandüz döyüşü ilə Azərbaycan ərazisində başlamışdır.Bu mübarizənin məntiqi nəticəsi kimi Avrasiyanın cənubunun yeni xəritəsinin sərhədləri müəyyən olundu.Azərbaycan Rusiya imperiyasının tərkibinə daxil olmaqla Yaxın Şərq geosiyasi arealından uzaqlaşaraq yeni inkişaf mərhələsinə qədəm qoydu.

SSRİ nin dağılması ilə regionda nüfuz toqquşmasının yeni mərhələsinə strat verildi.Cəbubi Qafqaz Qara Dəniz və Xəzər Dənizi hövzəsi arasında,həmçinin Şərqi Avropa və Ön Asiya arasında əsrlərdən bəri keçid funksiyası daşıdığından bölgədə nüfuz uğurunda beynəlxalq güclərin mübarizəsi gücləndi.Bu mübarizədə ilk yada düşən köhnə bəhanə olan "erməni amili" oldu.XIX əsrin son rübündə boğazlar uğurunda mübarizədə "erməni məsələsi" gündəmə gətirildiyi kimi XX əsrin sonunda Cənubi Qafqaz dəhlizləri uğurunda mübarizədə siyasi məqsədlər üçün "əzabkeş erməni" kartı oyuna daxil edildi.Nəticədə böyük güclərin köməyi ilə Azərbaycan torpaq itgisi ilə üzləşdi,insanlıq tarixinin üzqarası sayılan Xocalı Faciəsi törədildi,minlərlə insan qaçqın durumuna düşdü.Bu hadisələr Ədalət,Demokratiya,İnsan Haqları və s ümumbəşəri dəyərlərlə çıxış edən "sivil dünyanın" iki üzlülüyünün-ikili standartların təzahürü idi.Bu dəyərlərin əslində geosiyasi təsir vasitəsi kimi istifadə olunduğunu göstərdi.Təssüf ki o dövrdəki respublika rəhbərliyi bu geopolitik oyunları anlayacaq qədər siyasi savada və təcürbəyə malik deyildilər.Sözün əsl mənasında vaxt əleyhimizə işləyirdi.Bir dövlət kimi müstəqilliyimizi itirmək təhlükəsi yaranmışdı.

Yalnız Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra hadisələrin mahiyyətinə uyğun düşünülmüş,geosiyasi vəziyyəti ehtiva edən praqmatik xarici siyasət yürüdülməyə başlandı.Beynəlxalq münasibətlər sistemində güc nisbətini nəzərə almaq uğur əldə etməyin təməl prinsiplərinin ən başlıca faktorudur.Məhz bu faktor gənc Azərbaycan dövlətini siyasi təlatümlərdən xilas etdi.Bişkekdə bağlanan Atəşkəs protokolu Azərbaycanın strateji qələbəsi sayıla biləcək tarixi zərurət idi.Nəticədə Azərbaycan Respublikası öz suverenliyini qorudu və qazanılmış zaman gələcək böyük uğurların təməli oldu. Dənizlərə çıxışı olmayan, heç bir strateji xammala malik olmayan,ərazisinin çoxu dağlıq  əkinçiliyiyə yararlı olmayan,beynəlxalq ticarət yollarından uzaq Ermənistan Qarabağ müharibəsində xarici havadarlarının köməyi ilə sözün əsl mənasında Pir Zəfəri əldə etmişdi.Perespektivdə Ermənistan və  beynəlxalq erməni siyasi mafiyasını "qalibiyyətli müharibənin"  iqtisadi çətinlikləri,demoqrafik böhran,faktiki olaraq müstəqilliyini itirməsi və Dağlıq Qarabağ münaqişəsinin bitməsi kimi erməni xülyalarının bitməsi kimi sürprizlər gözləyirdi.

Atəşkəs müqaviləsinin imzalandıqdan dörd ay sonra Azərbaycan Əsrin Müqaviləsi adlı beynəlxalq neft müqaviləsini imzalamaqla dünyanın aparıcı dövlətlərinin respublikamızda iqtisadi maraqlarını tərəflər arasında qarşılıqlı təmin etməklə,ölkəmizin mənafeyi əsas götürülməklə növbəti siyasi-strateji və iqtisadi uğur əldə etdi.Bu uğur ölkə iqtisadiyyatının inkişafına və ordu quruculuğuna səbəb oldu.Sülh istəyirsənsə müharibəyə hazır ol prinsipi ilə Azərbaycan ordusu müasir standartlara uyğun  yenidən quruldu.

Atəşkəs elan olunduqdan sonra Azərbaycan Respublikası münaqişənin sülh yolu ilə həll edilməsinə tərəfdar olduğunu dəfələrlə dünya ictimaiyyətinə çatdırmışdır.H.Əliyev müxtəlif beynəlxalq görüşlərdə,konfrans,iclas və tədbirlərdə Azərbaycanın haqq səsini beynəlxalq tədbirlərdə ucaltmışdır.

H.Əliyevin siyasi varisi İ.Əliyevin prezidentliyi dövründə uğurlu Enerji Strayrgiyası davam etdirilmiş dünya birliyinin aparıcı dövlətləri ilə siyasi və iqtisadi əlaqələr gücləndirilmiş ölkəmiz yeni  inkişaf mərhələsinə uğurla keçmişdir.İ.Əliyevdə sələfi H.Əliyev kimi bütün enerjisini Qarabağ münaqişəsinin sülh yolu ilə, Azərbaycan Respublikasının mənafeyinə cavab verən şəkildə həll olmasına çalışmışdır.Təssüflər olsun ki Ermənistanın destruktiv mövqeyi və beynəlxalq hamilərinin pozuculuq fəaliyyəti bu danışıqların nəticəsiz bitməsinə səbəb olmuşdur.

 ATƏTin Minsk Qrupunun üç sədrindən biri olan Fransa Ermənistanda 2018 ci ilin yazında baş verən hakimiyyət dəyişikliyindən sonra açıq aşkar ermənipərəst siyasət yeritməyə başlamışdır.Beynəlxalq erməni lobbisi və beynəlxalq patronlarının  köməyi ilə hakimiyyətə gələn "demokrat imicli" yeni qüvvələr özlərindən əvvəlki rəhbərlərin siyasi xəttinə nəinki sadiq qalmış hətta  "yeni müharibə yeni ərazilər"şüarını səsləndirmişlər.Militarist ruhlu demokrat Ermənistan rəhbərlərinin Azərbaycan Respublikasına yeni ərazi iddiaları səsləndirməsi erməni niyyətindəki müharibənin anonsu olmaqla yanaşı gələcək hədəflərində göstərirdi.Məqsəd Azərbaycan Respublikasının iqtisadi gücünü zəiflətmək və beynəlxalq komunikasiya xətlərinin keçdiyi ərazilərin işğalı idi.Bu məkrli planı Paşiyanı hakimiyyətə gətirmiş qüvvələr hazırlamışdılar.Məqsəd bu münaqişəni alovlandırmaq və regiona daxil olmaqla öz mənafelərini təmin etmək idi.Geosiyasi münaqişə yeni fazaya daxil oldu.Bu qüvvələrin qələbəsi regionda sülhün taleyini sual altına qoymaqla yanaşı gələcəkdə regionda etnik və dini zəmində toqquşmalar üçün zəmin yarada bilərdi.Etnik və dini kompanent müxtəlifliyi Cənubi Qafqazın başlıca səciyyəvi cəhətlərindən biridir.Etnik və dini separatçılıq imperializmin yüzillər boyu "uğurla" sınaqdan keçirdiyi DİVİDE ET İMPERA strategiyasının vazkeçilməz metodu idi.Bu siyasətin bariz nümunəsi kimi keçmiş Yuqoslaviya,İraq və s dövlətləri misal çəkmək mümkündür.

2018 in yazından sonra regionda  yaranmış yeni geosiyasi vəziyyət düşünülmüş,praqmatik, çevik manevr qabiliyyətli xarici və daxili siyasət tələb edirdi.İ.Əliyev bu vəzifənin öhdəsindən uğurla gəlmişdir.Azərbaycanın Qoşulmayanlar hərəkatında sədrliyi 2019 ci ildə daha bir il uzadılmış,beynəlxalq arenada ölkə nüfuzunun artması üçün effektiv silsilə tədbirlər görülmüşdür.Paralel olaraq ordunun güclənməsinə və yeni texniki vasitələrin invertarına daxil olmasına diqqət yetirilmiş,döyüş qabiliyyəti artırılmışdır.

Ermənistan və onu "müdafiə edən" güclər istər  2020 iyul döyüşlərində istərsə də xalq ordu komandan birliyinin təcəssümü olan 44 günlük Vətən Müharibəsində məhz bu düşünülmüş siyasət nəticəsində uğursuzluğa düçar oldular.Azərbaycan ordusunun qələbələri nəticəsində qondarma qurumun ləğvi yeni geopolitik reallıq yaratdı.Avrasiyanın mərkəzində Yaxın Şərqlə Qafqaz arasında kiçik lakin önəmli bir ərazidə-Araz çayının şimalında işğal edilmiş Azərbaycan torpaqları hesabına əmələ gələn qara boşluq aradan qaldırıldı.Araz çayının vaxtilə Avropa derjavası olan Rusiya imperiyası və onun varisi SSRİ ilə Yaxın Şərq arasında coğrafi-siyasi sərhəd rolunu oynaması bu qələbənin əhəmiyyətini tam aydın şəkildə aşkar edir.Bu qələbə transavrasiya komunikasiya xətlərinin yenidən bərpa olunması perspektivini önə çıxarmışdır.Lakin kapitulyasiya aktı ilə biabırçı  məğlubiyyətini etiraf edən Ermənistan müharibənin bitməsindən 3 ildən çox vaxt keçməsinə baxmayaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünü rəsmən tanımaqla bağlı sülh danışıqlarından müxtəlif siyasi oyunlar ilə boyun qaçırır,öhdəsinə götürdüyü vəzifələri icra etmir beynəlxalq hüquq normalarını heçə sayır.Ənənələrinə sadiq qalaraq Avropa paytaxtlarından yeni təlimatlar gözləyirlər.

Ermənistanın əksinə Azərbaycan dayanıqlı sülhə maraqlıdır və bu istiqamətdə konstruktiv mövqe sərgiləyir.Regionun inkişafı üçün sülhün bərqərar olmasını əsas amil hesab edən Azərbaycan tərəfi dünya birliyi ölkələri və o cümlədən bütün region dövlətləri ilə qarşılıqlı iqtisadi,siyasi və mədəni əlaqələrin yaradılmasına hazır olduğunu daima beynəlxalq tribunalardan bildirir və bu istiqamətdə məqsədyönlü tədbirlər keçirir.

Əfqan Əsgərov,
YAP Xətai rayon təşkilatının "Rahib Məmmədov 18" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü