16 mart 2024 01:58
499

Haylar muzdlulara ümid bağlayarsa...

Pulla güllə atanlar bərkə düşən kimi dovşantək qaçırlar

Son illər Hindistanın Ermənistana göstərdiyi hərbi dəstək hayları bir qədər ürəkləndirib. Rəsmi İrəvan bu ölkə ilə isti münasibətindən istifadə edərək haykazların əvəzinə vuruşmaq üçün muzdlu hindliləri də dəvət edirlər. Çünki özləri vuruşmaq istəmirlər. Artıq bu barədə prosesə hazırlıq görülməsi haqqında məlumatlar da yayılır. Ancaq bu, kasıb Hayastana baha başa gələr. Söhbət bir neçə min muzdludan gedir ki, axı, onların ən müxtəlif ehtiyacları ödənilməli və yüksək muzd verilməlidir.

Hayastan ac hind muzdluları doyura biləcəkmi? Çətin.

Ermənistan silahlı qüvvələrinin 44 günlük müharibədə pərən-pərən düşməsi, 11 mindən çox hərbçinin isə fərarilik etməsi nəzərə alınaraq Ermənistanın əli ilə bölgədə təxribatlar törətməyə çalışan xarici qüvvələr bu coğrafiyaya muzdlu döyüşçüləri cəlb etməkdə maraqlıdırlar. Onu da qeyd edək ki, elə 44 günlük müharibə dövründə də Ermənistan xarici muzdlulardan istifadə etmişdi. Buna baxmayaraq, AŞPA qərəzkarlıqla 2021-ci il qətnaməsində məhz Azərbaycanı Türkiyənin dəstəyi ilə Qarabağa muzdlu döyüşçülər cəlb etməkdə ittiham etmişdi. Halbuki Ermənistanın bu fəaliyyətini hələ Birinci  Qarabağ müharibəsi dövründən bəri davam etdirdiyini bilirik. Belə ki, 2008-ci ildə BMT Baş Assambleyasının 86-cı sessiyasında qəbul olunan qətnamədə məhz Ermənistanın muzdlu döyüşçülərdən və terrorist qruplardan istifadə etməsi və Qarabağın işğalı faktı yer alır. Ermənistanın revanşist siyasətinin davam etdiyini və xarici qüvvələrin regionda mövqe tutmaq uğrunda mübarizə apardığı müddətdə bu cür muzdlu xidmətlərin davam edəcəyini, qarşılıqlı beynəlxalq məhkəmə iddialarının isə nəticə verməyəcəyini təxmin etmək olar. Çünki əvvəllər buna şahid olmuşuq.

Hindistanın Ermənistanı silahlandırmaq, təlimləndirməklə yanaşı, muzdlu döyüşçülərini də göndərəcəyi istisna deyil. Bununla mübarizə üsulu kimi beynəlxalq qurumlar qarşısında Ermənistan tərəfindən müvafiq konvensiyanın pozulmasını qaldırmaqla komissiya yaratmaq tələbi qoyula və beynəlxalq qətnamələrdə müvafiq fəaliyyət aktlaşdırılaraq cinayət məsuliyyətinə cəlb oluna bilər. Bu, həm də Azərbaycanın Ermənistanla hüquqi müstəvidə mübarizəsinə əlavə stimul verər. Beynəlxalq Konvensiyaya əsasən, muzdlu döyüşçülər qanuni döyüşçü hesab olunmadığından hərbi münaqişə zamanı tutularsa, “əsir” statusu da əldə edə bilmirlər və buna görə “Hərbi əsirlərlə rəftar haqqında” Cenevrə Konvensiyasının (1949) və beynəlxalq hüququn müəyyən etdiyi digər müdafiə mexanizmlərindən də məhrumdurlar. 

Ermənistanın revanşist siyasətinin durdurmağını və xarici qüvvələrin regionda təsir uğrunda mübarizə apardığı müddətdə bu cür muzdlu xidmətlərin davam edəcəyini təxmin etmək olar. Bütün hallarda istər hərbi, istərsə də iqtisadi zərbələr düşmən ölkəyə ağır təsir göstərəcək. Hayastan isə heç nəyə nail ola bilməyəcək. Əgər müharibə ehtimalı olsa səngərdən birirnci qaçan elə muzdlular olacaq. Birinci və İkinci Qarabağ müharibələrində muzdluların ön mövqeləri tərk edib canlarını qurtarmağa çalışdıqları barədə faktlar var. Hətta zəncilərin və Suriyadan gətirilmiş döyüşçülərin Ağdərə ətrafında qalmış cəsədləri buna sübutdur. 1994-cü ilin mayında Talış istiqamətində gedən şiddətli döyüşlərdən birində Suriyadan muzdla gəlmiş bir polkovnik öldürülmüş və cəsədi bizim döyüşçülərin əlində qalmışdı. Onda Ermənistan hökuməti bu faktı ört-basdır etmək, beynəlxalq təşkilatlardan gizli saxlamaq  üçün Azərbaycana güzəştlər təklif etmişdi. Lakin Azərbaycan hökuməti qəbul etməmiş, suriyalı polkovnik barədə aidiyyəti beynəlxalq qurumlara məlumat verəcəyini bildirmişdi.

Bura bizim doğma Vətənimizdir, hər zaman onun yolunda canımızdan keçməyə hazırıq və keçmişik də. Ancaq pul üçün döyüşməyə gələnlər bərkə düşən kimi qaçıb aradan çıxırlar, təcrübələrin göstərdiyi kimi. Lap elə ermənilərin özləri kimi...

Gəlsinlər, gələcəkləri varsa, görəcəkləri də var.

Vəli İlyasov, “İki sahil”