15 mart 2024 16:07
333

Milli Məclis ölkədə aparılan islahatlara öz dəstəyini verməkdədir

Bildiyimiz kimi qanunvericilik təşəbbüsü qanunyaratma prosesinin vacib mərhələsidir. Onun hüquqi əsasında Ümumumilli Lider Heydər Əliyevin sədrliyi ilə hazırlanmış və 1995-ci il noyabr ayının 12-də ümumxalq səsverməsində qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası dayanır.Konstitusiyada qanunvericilik təşəbbüsü hüququnun subyektləri müəyyən olunmuşdur. Beynəlxalq hüquq ədəbiyyatında D.Kovaçev qanunvericlik təşəbbüsünü qanunvericilik təşəbbüsü hüququ olan subyektin qanun lahiyəsini səlahiyyətli hakimiyyət orqanına baxılmaq üçün irəli sürməsi imkanı kimi izah edir. Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası “Azərbaycan Resbublikasının vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında”Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmişdir.

Layihəni Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etmək təklifi ilə çıxış edən seçki hüququ olan ən azı 300 nəfər Azərbaycan Respublikasının vətəndaşı tərəfindən vətəndaşların qanunvericilik təşəbbüsü hüququndan istifadə ilə bağlı təşəbbüs qrupu yaradır.Təşəbbüs qrupu onun yaradıldığı gündən bir ay ərzində təklif olunan layihənin qeydiyyata alınması üçün ərizə üçün ərizə ilə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edir.Konstitusiya və digər hüquqi sənədlərdə qanunvericilik təşəbbüsünün konkret hansı məsələlər üzrə həyata keçirildiyinəzərdə tutulmamışdır. Müstəsna hallar mövcuddur ki,onlardan biri də büdcə haqqında qanun layihəsinin təqdim edilməsidir,çünki bu hökumətin birgə qanunvericilik təşəbbüsü mümkündür,lakin praktikada belə bir hala rast gəlinməmişdir.

Qanun layihəsinin təqdim edilməsi qaydası Milli Məclisin reqlamentində ən incə detallarına qədər göstərilmişdir.Hər sənədə bir neçə aidiyyatı kağız əlavə olunur:bu,qanun layihəsinin məqsədlərərinin və əsas müddəlarının xarakteristikasını özünə daxil edən qəbul olunmasının əsaslandırılmasının zəruriyi ilə həmçinin qüvvədə olan qanunvericilik sistemində gələcək qanunn yerinin müəyyənləşdirilməsi ilə müşayiət edilməlidir. Çevik və səmərəli qanunvericilik təşəbbüsünün ahəngdar gerçəkləşdirilməsi cəmiyyətin davamlı olaraq demokratikləşdirilməsi prosesində önəmli rol oynayır.Konstitusiya hüquququna aid ədəbiyyatda qanunvericilik prosesinin bu fəal elementi səlahiyyətli subyektin qanun layihəsinin və ya qanuna rəsmi surətdə təqdim etməsi kimi təsvir edilir.

A.Məmmədova,
YAP Xətai təşkilatının “Q.Nəbi 6a”ünvanı üzrə ərazi partiya təşkilatının üzvü