Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Salyan rayonu, Qarabağlı kəndi ərazisindən keçən şor su kollektorunun daşması nəticəsində həyətyanı sahə və təsərrüfatlarda qrunt sularının yığılması barədə məlumat daxil olub.
Nazirliyin Mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, bununla əlaqədar əraziyə FHN-in Muğan Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Mərkəzin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, o cümlədən şor su kollektorunda suyun səviyyəsinin endirilməsi və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.
Baş prokuror Kamran Əliyev Keniya Respublikasının Dövlət Prokurorluğunun direktoru ilə görüşüb
Kənd təsərrüfatında rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilərin hazırlanması proqramı yekunlaşıb