08 mart 2024 14:22
399

"Liverpul" Kloppun rəhbərliyi altında 1000-ci qolunu vurub

İngiltərənin "Liverpul" klubu almaniyalı baş məşqçisi Yurgen Kloppun rəhbərliyi altında 1000-ci qolunu vurub.

“İki sahil” xəbər verir ki,  yubiley qolunun müəllifi Darvin Nunyes olub.

Mersisaydlıların hücumçusu Avropa Liqasının 1/8 final mərhələsinin "Sparta" (Çexiya) ilə səfər oyununda (5:1) fərqlənib.

Almaniyalı mütəxəssis üçün bu qarşılaşma "Liverpul"dakı 476-cı matçı olub. Klopp yanvarda cari mövsümün sonunda İngiltərə klubunu tərk edəcəyini açıqlayıb.