08 mart 2024 00:17
531

Gərgin və çətin oyun alındı - Xabi Alonso

"Gərgin və çətin qarşılaşma oldu. İlk hissədəki nəticə yaxşı deyildi".

“İki sahil” xəbər verir ki, bunu Almaniyanın "Bayer 04" komandasının baş məşqçisi Xabi Alonso Bakıda "Qarabağ"la 2:2 hesablı heç-heçə etdikləri Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis cavab matçında səhvləri təkrarlamamağa çalışacaqlarını bildirib: "Sabahdan Bundesliqanı fikirləşə bilərik".

Alonso "Qarabağ"ın güclü kollektiv olduğunu söyləyib: "Növbəti həftə nə olacağını bilmirik".