"Qarabağ" UEFA Avropa Liqasında növbəti oyununu keçirib.
“İki sahil” xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Bakıda Almaniyanın "Bayer 04" klubunu qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma heç-heçə başa çatıb - 2:2.
26-cı dəqiqədə Yassin Benzia hesabı açıb. 45+2-ci dəqiqədə Olavio Juninyo qonaqları növbəti dəfə məyus edib.
Leverkuzen təmsilçisinin heyətində Florian Virtz 70-ci dəqiqədə fərqi azaldıb. 90+2-ci dəqiqədə Patrik Şik Almaniya klubunu məğlubiyyətdən xilas edib.
Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək.
Almanlar 90+2-ci dəqiqədə hesabı bərabərləşdiri - 2:2. Bu dəfə Şik fərqlənir.
***
71-ci dəqiqədə qonaqlar hesab arasındakı fərqi azaldır. Vits adını tabloya yazdırır - 2:1.
***
Juninyo 45+2-ci dəqiqədə hesabı 2:0 edir.
***
26-cı dəqiqədə Yassin Benzia hesabı açdı - 1:0.
***
Bakıda "Qarabağ" və Almaniyanın "Bayer 04" klubları arasında keçirilən UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunu başlayıb.
“İki sahil” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 21:45-də start götürüb.
Görüşün baş hakimi fransalı Benua Bastyendir.
Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək.