06 mart 2024 21:55
445

Dibala yayda “Barselona”ya keçə bilər

"Barselona" argentinalı yarımmüdafiəçi Paulo Dibala ilə maraqlanır.

“İki sahil” xəbər verir ki, kataloniyalılar futbolçunun nümayəndələri ilə ilkin görüş keçiriblər.

30 yaşlı futbolçunun "Roma" ilə 2025-ci ilin yayına kimi müqaviləsi var. Razılaşmaya əsasən, Dibala 12 milyon avro qarşılığına sərbəst qala bilər. Bu rəqəmin az olması "Barselona" rəhbərliyinin planlarına uyğundur.

Qeyd edək ki, Dibala 2022-ci ildən "Roma"da çıxış edir. O, bu mövsümdə 25 matçda 13 qol və 6 ötürnmə ilə yadda qalıb.