07 mart 2024 02:58
345

Erməni diasporunun son çabaları

"Artsax" və ya "miatsium" biznesi çökən erməni diasporu artıq ondan alət kimi istifadə edən Qərb siyasi iradə mərkəzləri üçün də əhəmiyyətini itirməyə başlayıb

Son 30 ildə erməni separatizmi və terrorizminə düçar olmuş Cənubi Qafqaz Azərbaycan Ordusunun şücaəti sayəsində cəmi 3 ilə bütün regionu sarmış bu yoluxucu problemdən xilas oldu. İndi nəinki Ermənistan, bütün dünya bu reallıqla barışmaq məcburiyyətindədir. Əlbəttə ki, əvvəl-axır erməni toplumu da mövcud reallıqlarla barışmalı olacaq. Çünki bu barbar toplumun "artsax" və ya "miatsium" ideologiyası birdəfəlik iflasa uğradılıb. Artıq belə qondarma iddialarla, xəyal məhsulu ilə Cənubi Qafqazda təxribatlar törətmək mümkünsüzdür. İndi bu barbar tayfa daha çox özünün mövcud olmaq şanslarını qorumaq barədə düşünməyə məcburdur. Ermənistanın beynəlxalq himayədarları üçün də Cənubi Qafqazda 30 illik bir mərhələ sona çatıb. İndi Fransa başda olmaqla, bəzi ermənipərəst Qərb siyasi dairələri də yeni geopolitik şərtlərə həssas yanaşmalıdırlar. Hadisələr göstərir ki, Cənubi Qafqazda "erməni faktoru" üzərindən müxtəlif məkrli planlar quranların əlləri boş qalıb. Çünki onlar bu regionda "erməni faktoru"nun əbədi təxribat mexanizmi kimi mövcud olacağına əmin idilər. Halbuki, dünya ermənipərəstlərinin 30 il israrla təkrarladıqları "Qarabağ problemi"nin hərbi yolla həlli mümkün deyil" iddiaları hazırda boşa çıxıb.

Cənubi Qafqazda yerləşməyə çalışan dünya güclərinin arxasına sığınan erməni diasporası da ağır günlər keçirir. Erməni diasporu daxilində müəyyən parçalanma meyillərinin olduğu barədə məlumatlar mövcuddur. Onları vahid hədəfə yönəldən əsas ideoloji tezislər təsirini çoxdan itirib. Hətta erməni diasporunun "para toplama kampaniyası" da əvvəlki kimi operativ məzmun daşımır. "Qarabağ problemi" artıq mövcud olmadığından para toplamaq üçün inandırıcı səbəb və ya bəhanə də qalmayıb. Yəni, erməni diasporunun "artsax" və ya "miatsium" biznesi də çöküb. Üstəlik, erməni diasporu artıq ondan alət kimi istifadə edən Qərb siyasi iradə mərkəzləri üçün də əhəmiyyətini itirməyə başlayıb.

Məlumat üçün bildirək ki, Almaniyada yaşayan ermənilər martın 6-da Berlində “Artsaxın mədəni irsi” adlı kitabın təqdimatı məqsədilə geniş tədbir keçirməyi planlaşdırırdılar. Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, sonradan martın 5-də tədbirin onlayn keçiriləcəyi barədə məlumat yayıldı. Məqsəd guya təqdimatın təhlükəsizlik şəraitində keçirilməsini təmin etmək idi. Qeyd edək ki, Avropada yaşayan azərbaycanlılar və diaspor təşkilatları təqdimat mərasimində iştirak etmək üçün qeydiyyata düşmək məqsədilə davamlı olaraq müraciətlər edib və tədbirin qarşısının alınması üçün ciddi cəhd göstəriblər. Berlində “Artsaxın mədəni irsi” adlı kitabın təqdimat mərasiminin istənilən səviyyədə baş tutmaması Azərbaycan diasporunun fəallığı nəticəsində mümkün olub.

Göründüyü kimi, “tarix” uydurmağa xüsusi həvəs göstərən erməni toplumu və diasporu əsl reallıqla qarşı qarşıya qalıb. Uydurma "tarix" də, qondarma "dövlət" artıq mövcud deyil. Erməni toplumu bundan sonra qondarma "tarix" uydurmaq xəstəliyindən müalicə üsulları axtarmalıdır. Çünki uydurma "tarix" daha heç bir işə yaramır. Əsl tarix isə məhz savaş meydanında yazılıb. Belə qorxaq etnik qrupların real tarixini isə adətən, savaş ənənəsi olan qüdrətli xalqlar yazır. Rəsmi Bakının "dəmir yumruğu" erməni toplumuna real tarixi daha effektiv şəkildə öyrədə bilən yeganə vasitədir. İndi Ermənistanda bir çoxları anlamağa başlayıblar ki, "artsax" reallıqda mövcud olmayıb və bu mövzuda hər hansı israrlı davranış son nəticədə qondarma Ermənistanı da "tarixin zibilliyi"nə götürə bilər.

Ona görə də Ermənistan cəmiyyəti "artsax" layihəsini bir anlaşılmazlıq kimi qəbul etməlidir. Əks halda, revanşist davranışlar "Ermənistan" adlı digər anlaşılmazlığa da birdəfəlik aydınlıq gətirə bilər. "Artsax" iddialarını yenidən gündəmə çıxartmağa çalışan erməni siyasi dairələri, diasporu ilk növbədə Ermənistana düşmənçilik etdiklərini anlamalıdırlar. Bu, süni yaradılmış erməni dövlətçiliyini qorumaq üçün yeganə doğru yanaşma olmalıdır.

Sevinc Azadi, “İki sahil”