05 mart 2024 17:43
253

Naxçıvan polisinə 20 yeni xidməti avtomobil verilib

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi texniki bazasının gücləndirilməsi üçün daha 20 yeni xidməti avtomobil göndərilib.

“İki sahil” xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Bu gün həmin avtomobillər müvafiq qurumların istifadəsinə verilib.