Şuşada müxtəlif markalı silahlar aşkar edilib.
“İki sahil” xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silah-sursatın yığılaraq təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir. Keçirilən tədbir zamanı müxtəlif markalı 8 avtomat, 5 tapança, 1 pulemyot, 9 ov silahı və digərləri aşkar olunaraq müvafiq qaydada götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
Baş prokuror Kamran Əliyev Keniya Respublikasının Dövlət Prokurorluğunun direktoru ilə görüşüb