“Mançester Yunayted”in 10 illik seriyası qırılıb.
“İki sahil” xəbər verir ki, bu, İngiltərə Premyer Liqasının 27-ci turunda “Mançester Siti” ilə oyunda baş verib.
"Qırmızı şeytanlar” 2014-cü ildən bəri ilk dəfə ölkə çempionatında birinci hissəni öndə başa vurduğu görüşü məğlubiyyətlə tamamlayıb.
Oyun "Mançester Siti"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb. "Mançester Yunayted" sonuncu dəfə 2014-cü ildə “Lester”lə qarşılaşmada belə halla üzləşib. Həmin vaxtdan bəri keçirdiyi 143 görüşdə isə fasiləyə öndə yollandığı zaman uduzmayıb.
Qeyd edək ki, “Mançester Yunayted” hazırda 44 xalla 6-cı pillədə qərarlaşıb.